BAKI, 5 noyabr. TELEQRAF

Belarus parlamenti Şimali Koreya ilə “Dostluq və Əməkdaşlıq haqqında” Müqaviləni ratifikasiya edib.

Teleqraf xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

Sənəd iki ölkə arasında siyasi, iqtisadi-ticari, mədəni və digər sahələrdə əməkdaşlığı nəzərdə tutur

Dostluq müqaviləsi 10 il müddətinə bağlanıb və müddətinin hər dəfə beş il olmaqla uzadılması nəzərdə tutulur.

Xatırladaq ki, martın 25-də Belarus Prezidenti Aleksandr Lukaşenko və Şimali Koreya lideri Kim Çen In Pxenyanda “Dostluq və Əməkdaşlıq haqqında” Müqavilə imzalayıb. Lukaşenko imzalama mərasimində bəyan edib ki, Minsk və Pxenyan arasında dostluq münasibətlərinin əsası hələ SSRİ dövründə qoyulub və münasibətlər heç vaxt kəsilməyib.