BAKI, 4 noyabr. TELEQRAF
Ukrayna Silahlı Qüvvələri Rusiyanın regionlarına 709 dron buraxıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, gecə saatlarında Rusiyanın 14 regionunda hava hücumundan müdafiə qüvvələri pilotsuz aparatları vurub.
Dronlar Belqorod, Bryansk, Kursk, Kaluqa, Tula, Ryazan, Oryol, Voronej, Saratov, Samara, Rostov, Krasnodar, Adıgey və Moskva vilayətlərinin, eləcə də Ukraynanın işğal edilmiş Krım yarımadası üzərində məhv edilib.
Ukrayna Silahlı Qüvvələri Azov və Qara dəniz akvatoriyalarına da hücum edib.