BAKI, 6 noyabr. TELEQRAF

“Moldova Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd kimi, Aİ-nin viza siyasətinə uyğunlaşmaq üçün Rusiya və Belarusla vizasız rejimləri ləğv etməyə hazırdır”.

Teleqraf xəbər verir ki, bunu Moldova Baş naziri Vasile Tofan deyib.

Hökumət başçısı TV-8-ə verdiyi müsahibədə bildirib: “Rusiya və Belarusla vizasız rejimlərin ləğvi üçün tarix təyin etməyə hazır deyiləm. Əgər Aİ qaydaları bunu tələb edirsə, inanıram ki, Avropaya inteqrasiya prosesimizi irəli aparmağa imkan verəcək qərarlar qəbul etməliyik”.