BAKI, 4 noyabr. TELEQRAF

Monteneqro 2026-cı ilin sonunadək Avropa İttifaqına (Aİ) qoşulmaqla bağlı danışıqları başa vura bilər.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) illik genişlənmə hesabatında bildirilib.

Sənəddə qeyd edilib ki, danışıqlar uğurla başa çatarsa, Monteneqro 2027-ci ilin iyununda keçiriləcək sammitdə Aİ-yə qoşulmaq üçün saziş imzalaya bilər. Bütün üzv ölkələr sənədi təsdiqləsə, ölkə həmin ilin sonunadək ittifaqın 28-ci üzvü olacaq.

Bunun üçün Monteneqro Rusiyaya qarşı bütün sanksiya və viza məhdudiyyətlərinə tam qoşulmalıdır.