BAKI, 6 noyabr. TELEQRAF

“Dünya gücləri Ukraynada nizamlanma prosesi çərçivəsində Dnestryanı münaqişəsini müzakirə edərkən Kişinyov danışıqlara dəvət olunmayacaq”.

Teleqraf xəbər verir ki, bunu Moldova Baş naziri Vasile Tofan deyib.

“Biz danışıqlar masasında olmayacağıq. Moldova kiçik ölkədir, illüziyalarla yaşamağa ehtiyac yoxdur. Amma Vaşinqton və Brüssel Dnestryanı problemin necə həll olunacağına biganə deyil”, - Tofan TV8 telekanalına müsahibəsində bildirib.

Baş nazir qeyd edib ki, Rusiya ilə Ukrayna arasında sülh sazişi üzrə danışıqlar aparılacağı təqdirdə, bu məsələ də müzakirə olunacaq.