BAKI, 4 noyabr. TELEQRAF

Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets ABŞ-nin birinci xanımı Melaniya Trampla görüş üçün Vaşinqtona yola düşüb.

Teleqraf xəbər verir ki, Lubinets bu barədə sosial mediada məlumat verib.

“Birbaşa Vaşinqtona yollanıram. Qarşıda mühüm görüşlər var”, - ombudsman bildirib.

O, hazırda yolda olduğunu qeyd edərək ukraynalılara belə bir sual ünvanlayıb: “ABŞ-nin birinci xanımı Melaniya Trampa bir mesaj çatdırmaq imkanınız olsaydı, ona nə deyərdiniz?”.

Xatırladaq ki, Melaniya Tramp noyabrın 5-də Ağ Evdə Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə Xerson vilayətinin Oleşki şəhərində atəşkəs məsələsinə həsr olunmuş görüş keçirəcəyini açıqlamışdı.