BAKI, 17 iyun. TELEQRAF
Finlandiya parlamenti hökumət tərəfindən ölkəyə nüvə silahlarının idxalına icazə verən qanun layihəsini təsdiqləyib.
Teleqraf xəbər verir ki, parlamentin 125 üzvü təşəbbüsü dəstəkləyib, 61-i isə əleyhinə səs verib.
Parlamentin on üç üzvü səsvermədə iştirak etməyib.
Finlandiya hökuməti aprelin 23-də nüvə silahlarının idxalına və saxlanmasına icazə üçün parlamentə təklif təqdim etmişdi. Hökumət bu məqsədlə Atom Enerjisi Qanununa və Cinayət Məcəlləsinə düzəlişlər təklifi vermişdi.