BAKI, 16 iyun. TELEQRAF
Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin görüşündə Ermənistanla əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub.
Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə rəhbəri Kaya Kallas Lüksemburqda keçirilən görüşdən sonra bildirib.
Kallas iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrinin sülh, suverenlik və Aİ ilə daha sıx əlaqələr üçün açıq mesaj olduğunu vurğulayıb.
Aİ rəsmisi qeyd edib ki, Rusiyanın tətbiq etdiyi ağır təzyiq və iqtisadi məcburetmə seçkilərin nəticələrinə təsir göstərə bilməyib: “Aİ nazirləri bu kontekstdə Ermənistanın dayanıqlığını gücləndirmək və iqtisadi şaxələndirməyə töhfə vermək yollarını müzakirə ediblər”.