BAKI, 9 iyun. TELEQRAF

“Böyük Britaniya İranın yaratdığı təhdidləri ciddi hesab edir, artıq genişmiqyaslı sanksiyalar tətbiq edib və heç bir halda Tehranın nüvə silahı əldə etməsinə icazə verməyəcək”.

Teleqraf xəbər verir ki, bunu Böyük Britaniya xarici işlər naziri İvet Kuper deyib.

“ABŞ-İran danışıqlarında iştirak etmirik, amma vasitəçilərlə təmasdayıq. Hörmüz boğazında tam naviqasiya azadlığı təmin olunmalıdır”, - o bildirib.