
BAKI, 5 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın nümayəndələri ötən həftə Ağ Evdə baş verən mübahisədən sonra Ukrayna Prezidenti Volodimir Zelenski və komandası ilə dialoq prosesini bərpa etmək üçün gizli danışıqlar aparıblar.
Teleqraf xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.
Qeyd edilir ki, danışıqlar zamanı Trampın nümayəndələri münasibətlərin mümkün qədər tez sabitləşməsinin vacibliyini vurğulayıblar və prezidentin Konqresə müraciətindən əvvəl danışıqları bərpa etməyə çağırıblar.
Müzakirələrdə ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq da yer alıb.
Ağ Ev rəsmisi CNN-ə bildirib ki, Ukrayna ilə minerallar üzrə saziş hələ imzalanmayıb. Bununla belə, rəsmi əmin edib ki, Tramp administrasiyası bu saziş üzrə danışıqların düzgün istiqamətdə getdiyinə inanır.