
BAKI, 4 mart. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski sülh haqqında ciddi danışmağa hazır olarsa, onunla amerikalı həmkarı Donald Tramp arasında danışıqların bərpasına qapı açıq qalır.
Teleqraf xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Devid Vens deyib.
“Prezident Tramp bunu aydın və ardıcıl şəkildə bəyan edib. Əlbəttə, Zelenski sülh haqqında ciddi danışmağa hazır olduğu müddətcə qapı açıqdır. Siz Oval Ofisə və ya başqa yerə gəlib sülh sazişinin təfərrüatlarını belə müzakirə etməkdən imtina edə bilməzsiniz.
Onlar sülh haqqında danışmaq istədikləri zaman, düşünürəm ki, ilk telefon zəngini Prezident Tramp edəcək”, - Vens bildirib.