BAKI, 1 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp atəşkəs təşəbbüsü çərçivəsində İranın Hörmüz boğazını açmaq təklifini rədd etdiyini bildirib.

Teleqraf xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Time” jurnalında danışıb.

Donald Tramp Tehranla atəşkəsin rədd edilməsinin səbəbləri ilə bağlı suala cavab olaraq deyib: “Onlar Hörmüz boğazını açmağı təklif elədilər. Amma bu, kifayət deyil. Bu təkliflərin bir hissəsini görmüsünüz, bunlar o qədər də yaxşı deyil”.