BAKI, 17 noyabr. TELEQRAF
ABŞ-də Prezident Donald Trampın ikinci hakimiyyət dövründə 2 mindən çox terrorçu saxlanılıb.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mallin “Fox News” telekanalına açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, saxlanılan şəxslər əvvəlki prezident Co Baydenin administrasiyası dövründə ölkəyə daxil olublar.
“Biz Bayden administrasiyasının ölkəyə buraxdığı 2268 terrorçunu həbs etmişik. Onlar ya gizli şəkildə ABŞ-a daxil olublar, ya da saxta adlarla sərhədi keçiblər”, – Mallin iddia edib.