BAKI, 17 noyabr. TELEQRAF
“İranın Vaşinqtona hücum edəcəyi təqdirdə, Birləşmiş Ştatlar indiyədək görünməmiş gücdə cavab zərbələri endirəcək”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Əgər belə bir təhlükə varsa, indiyədək heç bir ölkənin ödəmədiyi qədər ağır bədəl ödəyəcəklər. Ümid edirəm, belə bir təhlükə yoxdur. Amma biz bu məsələyə ciddi yanaşırıq”, - ABŞ lideri Vaşinqtona qarşı “qaçılmaz təhlükənin” mümkünlüyü ilə bağlı suala cavabında jurnalistlərə bildirib.