BAKI, 17 noyabr. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ardıcıl doqquzuncu il maliyyə auditindən uğurla keçə bilməyib.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin 2026-cı maliyyə ili üzrə açıqladığı audit hesabatında bildirilib.

Sentyabrın 30-da başa çatan maliyyə ili üzrə aparılan yoxlama nəticəsində qurumun aktivlərinin yalnız 56 faizi müsbət auditor rəyi alıb.

Hesabatda bu göstərici nazirliyin bütün strukturları üzrə müsbət audit rəyinin əldə edilməsi istiqamətində mühüm irəliləyiş kimi qiymətləndirilib.

“Reuters” agentliyinin məlumatına görə, ABŞ müdafiə nazirinin maliyyə məsələləri üzrə müvəqqəti müavini Culs Herst bildirib ki, Pentaqonun 14 strukturunun fəaliyyəti müsbət qiymətləndirilib. Ötən maliyyə ilində bu göstərici 11 olub.

Qeyd edək ki, Pentaqon 2018-ci ildən etibarən illik maliyyə auditindən keçir. Müdafiə naziri Pit Heqset 2025-ci ilin fevralında qurumun dörd il ərzində audit yoxlamasından tam uğurla keçəcəyinə əminliyini ifadə etmişdi.