BAKI, 18 noyabr. TELEQRAF

ABŞ-nin Milli Təhlükəsizlik Agentliyi (NSA) daxili kompüter şəbəkəsində texniki nasazlıq baş verdiyini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə agentliyin yaydığı rəsmi açıqlamada bildirilib.

Məlumata görə, nasazlıq planlı texniki xidmət zamanı yaranıb və qurumun bəzi daxili sistemlərinin fəaliyyətinə təsir göstərib.

Agentlik kritik əhəmiyyətli sistemlərin tam işlək vəziyyətdə olduğunu və milli təhlükəsizliyin təmin edilməsi imkanlarının qorunduğunu vurğulayıb.

Qeyd edək ki, son günlər ABŞ-nin bir sıra dövlət qurumları və iri şirkətlərinin kompüter sistemlərində də texniki problemlər qeydə alınıb. Bunlar arasında Federal Aviasiya Administrasiyası, “Microsoft”, “United Airlines” və “JPMorgan Chase” də var.