BAKI, 17 noyabr. TELEQRAF

ABŞ müdafiə sənayesi şirkətləri “Patriot” və THAAD hava hücumundan müdafiə sistemləri, eləcə də “Tomahawk” qanadlı raketləri də daxil olmaqla, Amerika silahlarının istehsal həcmini artırmaq məqsədilə hazırda 22-dən çox zavod tikir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

Tramp qeyd edib ki, Amerika silahlarını sifariş edən ölkələr onların tədarükü üçün həddindən artıq uzun müddət gözləməli olurlar:

“Hazırda müdafiə sənayesi şirkətləri “Patriot”, THAAD sistemləri, “Tomahawk” raketləri və digər silahların istehsalı üçün 22-dən çox zavod tikirlər”.

ABŞ-nin müharibə naziri Pit Heqset bundan əvvəl Amerikanın növbəti iki-üç il ərzində bəzi növ sursatların istehsal həcmini bir neçə dəfə artırmağı planlaşdırdığını açıqlamışdı.