BAKI, 17 dekabr. TELEQRAF

ABŞ daha beş ölkənin vətəndaşlarının ölkəyə girişinə tam məhdudiyyət tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında yayımlanan sənəddə bildirilib.

Qərara əsasən, Burkina-Faso, Mali, Niger, Cənubi Sudan və Suriyanın vətəndaşlarının ABŞ-yə girişi qadağan olunub. Sənəddə həmçinin Laos və Syerra-Leonedən olan şəxslər üçün də girişə ciddi məhdudiyyətlərin tətbiq edildiyi qeyd olunub.

Bununla yanaşı, Fələstin hakimiyyət orqanları tərəfindən verilmiş yol sənədlərinə malik şəxslərin də ABŞ-yə girişinə tam məhdudiyyət qoyulub.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iyun ayında 12 ölkənin vətəndaşlarının ölkəyə girişini qadağan etmişdi.