BAKI, 6 sentyabr. TELEQRAF

İran Amerika hərbi gəmilərinə zərbə endirməyə davam edəcəyi təqdirdə ABŞ onların bütün neft tankerlərini məhv edəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset "X" hesabında paylaşım edib.

O İrandan gələn təhlükəyə qarşı xəbərdarlıq edib:

“Hər şey sadədir: əgər İran ABŞ gəmilərinə atəş açsa, biz onların neft tankerlərini məhv edəcəyik (və batıracağıq). Onların etməli olduğu tək şey ABŞ Hərbi Dəniz Qüvvələrinə atəş açmamaqdır”.

Pentaqon rəhbəri İranın tanker donanmasının müdafiəsiz vəziyyətdə olduğunu, ölkənin bu gəmiləri qorumaq üçün nə hərbi dəniz, nə də hərbi hava qüvvələrinə malik olduğunu qeyd edib.

P.Heqsetin bəyanatından sonra İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiyə" mərkəzi qərargahının nümayəndəsi Vaşinqtona xəbərdarlıq edərək növbəti zərbələrin əvvəlkilərdən daha ciddi olacağını açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranın üç neft tankerinə zərbə endirdiyini, cavab olaraq İranın Hörmüz boğazında altı gəmiyə hücum etdiyini bildirmişdi.