BAKI, 5 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp 2026-cı il futbol üzrə dünya çempionatının ölkə iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirdiyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
“Təkcə futbol üzrə dünya çempionatı iqtisadiyyatımıza 18 milyard dollardan çox gəlir gətirib və 160 mindən çox insanı işlə təmin edib”, – ABŞ lideri qeyd edib.
Xatırladaq ki, 2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilib. Turnirdə ilk dəfə 48 milli komanda iştirak edib.
FİFA prezidenti Canni İnfantino daha əvvəl dünya çempionatında iştirak edən komandaların sayının gələcəkdə 64-ə çatdırılması imkanının nəzərdən keçirilə biləcəyini bildirib.