BAKI, 9 sentyabr. TELEQRAF

Rusiyanın Ukraynanın Sumı şəhərindəki ticarət-əyləncə mərkəzinə PUA zərbəsi endirməsi nəticəsində 3 nəfər ölüb, azı 2 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov öz "Telegram" kanalında məlumat yayıb.

"Saat 21:00 radələrində ruslar Sumıdakı ticarət və əyləncə mərkəzinin ərazisinə PUA ilə zərbə endirib. Ölənlərin sayı arta bilər. Yaxınlıqdakı avtomobillərə ziyan dəyib. Yanğın baş verib", Qriqorov qeyd edib.

Hücumun baş verdiyi ərazidə xilasetmə işləri aparılır.

Qriqorov şəhər sakinlərinə təkrar zərbələr təhlükəsi olduğundan zərbə yerinə yaxın olmamağa çağırdı.