BAKI, 8 sentyabr. TELEQRAF
ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində Ekvador narkokartelinin maraqları üçün istifadə edildiyi bildirilən gəmini ələ keçirərək batırıblar.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
“Əldə olunan kəşfiyyat məlumatları gəminin ‘Los Çoneros’ narkotik terror təşkilatının maraqları üçün istifadə edildiyini təsdiqləyib. Gəmidə olan şəxslər Ekvador hakimiyyətinə təhvil veriləcək”, – məlumatda bildirilib.
Qeyd olunub ki, gəmidə yoxlama aparıldıqdan və ekipaj üzvləri təxliyə edildikdən sonra ABŞ hərbçiləri onu batırıblar.
ABŞ tərəfinin versiyasına görə, gəmi narkokartel tərəfindən yanacaqdoldurma məntəqəsi kimi istifadə olunub.