BAKI, 4 sentyabr. TELEQRAF

ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində Ekvador narkokartelinin maraqları üçün istifadə edildiyi bildirilən gəmini ələ keçirərək məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

Bildirilib ki, əməliyyat Ekvador hökuməti ilə koordinasiya və əməkdaşlıq şəraitində həyata keçirilib. Beynəlxalq sularda narkotik vasitələrin qaçaqmalçılığı üçün istifadə edilən və üzən yanacaqdoldurma məntəqəsi funksiyasını yerinə yetirən gəmi ələ keçirilib.

ABŞ tərəfinin məlumatına görə, kəşfiyyat gəminin “Los Çoneros” narkokartelinin maraqları üçün istifadə edildiyini müəyyənləşdirib.

Gəmidə olan şəxslər Ekvador hakimiyyətinə təhvil verilib. Axtarış və yoxlama tədbirləri başa çatdıqdan sonra ABŞ hərbçiləri gəmini batırıblar.