BAKI, 4 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşner yaxın günlərdə Rusiya və Ukraynaya səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə TASS agentliyi mənbəyə istinadla məlumat yayıb.

Rusiya agentliyinin mənbəsi məsələ ilə bağlı suala cavab olaraq deyib: “Bəli, bu doğrudur”.