BAKI, 9 sentyabr. TELEQRAF
“Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən ölkələr ABŞ prezidenti Donald Trampın MAGA (Amerikanı Yenidən Böyük Et) hərəkatı ilə əlaqələrini kəsməlidir”.
Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos deyib.
“Gələcək üzv dövlətlərin uzunmüddətli maraqlarımıza zidd olan digərlərinə qarşı münasibət inkişaf etdirmələri riskini daşımamalıyıq”, - o bildirib.
Kos qeyd edib ki, tarixdə ilk dəfə olaraq Aİ-nin genişlənməsi prosesində əleyhdarları var. “Onlar kimlərdir” sualına Aİ komissarı “Biri Rusiya” cavabını verib.
Marta Kos əlavə edib ki, Aİ Qərbdən avropalıları Avropa sivilizasiyasının və iqtisadiyyatının tənəzzüldə olduğuna və demokratiyasnın düzgün olmadığına inandırmağa çalışan MAGA ideoloqlarından təzyiq ilə də üzləşir.
Avropa İttifaqı komissarının sözlərinə görə, Çin fərqli haldır: “Çin bu məsələdə fərqli davranır və bu mərhələdə Aİ Rusiyanın dezinformasiya kampaniyalarına bənzər heç bir əlamət görmür”.
O hesab edir ki, Çin Avropa İttifaqına daxil olduqdan sonra iqtisadi fayda əldə etmək üçün namizəd ölkələrlə iqtisadi əlaqələri gücləndirməyə çalışır.