BAKI, 9 sentyabr. TELEQRAF
“Kuba bir daha heç vaxt hansısa imperiyanın müstəmləkəsi olmayacaq”.
Teleqraf xəbər verir ki, bunu Kuba Prezidenti Migel Dias-Kanel deyib.
“Kuba iki imperiyanın müstəmləkəsi və neomüstəmləkəsi olmağın nə demək olduğunu yaxşı bilir və əmindir ki, bir daha heç vaxt onların heç birinin müstəmləkəsi olmayacaq. Müstəqillik, suverenlik və öz müqəddəratını təyinetmə hüququ uğrunda tökülən qanlar hədər getməyib, biz özümüzü sonadək müdafiə edəcəyik”, - Kuba lideri vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp bundan əvvəl “Truth Social” platformasında yayımladığı xəritədə Kanada, Meksika, Mərkəzi Amerika və Karib hövzəsinin bir sıra ölkələri, o cümlədən Kuba və Qrenlandiya Amerika bayrağının rənglərində göstərilib.