BAKI, 9 sentyabr. TELEQRAF
ABŞ Energetika Nazirliyi "Brent" markalı neftin qiymət proqnozunu 86,81 dollardan 91,01 dollara qaldırıb.
Teleqraf xəbər verir ki, bu barədə nazirliyin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında bildirilib.
ABŞ Energetika Nazirliyinin proqnozuna görə, 2027-ci ildə Brent neftinin orta qiyməti bir barel üçün 73,74 dollar təşkil edəcək. Qiymətin dünya üzrə neft hasilatının artması və ehtiyatların bərpası fonunda aşağı düşəcəyi gözlənilir.
ABŞ Energetika Nazirliyi qeyd edir ki, avqust ayında dünya üzrə neft qiymətləri orta hesabla bir barel üçün 91 dollara yüksəlib ki, bu da iyul ayı ilə müqayisədə 7 dollar çoxdur.