BAKI, 4 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Adam Telleni Quru Qoşunları naziri vəzifəsini müvəqqəti icra edən şəxs təyin edib.

Teleqraf xəbər verir ki,Tramp bu barədə “Truth Social” hesabında açıqlama verib.

Adam Telle bu təyinatadək ABŞ Quru Qoşunları nazirinin mülki işlər üzrə köməkçisi vəzifəsində çalışıb.

“Adam Tellenin dərhal qüvvəyə minməklə Quru Qoşunları naziri vəzifəsini icra edəcəyini elan etməkdən məmnunam. O, hamının hörmət etdiyi böyük vətənpərvərdir”, – Tramp bildirib.

Telle bu vəzifədə istefa verən Den Driskollu əvəzləyib. Reuters-in məlumatına görə, Driskoll Pentaqon rəhbəri Pit Heqsetlə aylarla davam edən gərginlikdən sonra istefa ərizəsini Ağ Evə təqdim edib.