BAKI, 4 sentyabr. TELEQRAF

ABŞ İranla münaqişənin qarşılıqlı anlaşma memorandumu vasitəsilə nizamlanmasını nəzərdən keçirmir.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Financial Times” (FT) nəşri mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası İranla memorandum əvəzinə daha əhatəli razılaşma imzalamağı planlaşdırır. Bu razılaşmada yalnız Hörmüz boğazı ilə bağlı deyil, həmçinin Tehranın nüvə proqramı ilə bağlı müddəaların da yer alacağı bildirilir.

Nəşr həmçinin yazır ki, ABŞ və İran arasında danışıqlar artıq aparılmır. Amma adı açıqlanmayan diplomatın sözlərinə görə, vasitəçilər Tehranla Vaşinqton arasında əlaqə kanallarını açıq saxlayır və yeni razılaşma üçün zəmin yaratmağa çalışırlar.