BAKI, 4 sentyabr. TELEQRAF
Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan Ağ Evin Dini Məsələlər üzrə Ofisinin rəhbəri Paula Uayt-Keyn ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə səfir özünün sosial media səhifəsində yazıb.
“Görüş zamanı sülh və həmrəyliyin möhkəmləndirilməsində dinin və mənəvi dəyərlərin rolunu vurğuladıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi apardıq.
Dini Məsələlər üzrə Ofis ilə səfirlik arasında formalaşmış səmərəli əməkdaşlığa, eləcə də xristian təşəbbüslərinə göstərilən dəstəyə görə təşəkkürümü bildirdim”, - Mkrtçyan qeyd edib.