BAKI, 9 sentyabr. TELEQRAF
"Rusiya Prezidenti Vladimir Putinlə gözəl söhbət etdik. O, razılaşma əldə etmək istəyir və Zelenski də razılaşma əldə etmək istəsəydi, çox yaxşı olardı”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Texas ştatının Dallas şəhərinə uçmazdan əvvəl Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərə verdiyi müsahibədə deyib.