BAKI, 12 dekabr. TELEQRAF
ABŞ ukraynalı blogerlər Zaxar və Angelina Pavelkoları deportasiya edib.
Teleqraf xəbər verir ki, sosial şəbəkələrdə məşhur olan ukraynalı blogerlər Zaxar və Angelina Pavelko ABŞ-dən deportasiya olunduqlarını açıqlayıblar.
Angelina Pavelko "RİA Novosti"yə bildirib: “Bizi ABŞ-dən deportasiya etdilər. Bizə cəmi bir gün vaxt verdilər ki, əşyalarımızı yığıb ölkəni tərk edək.”
Məlumata görə, cütlük xüsusilə Crumbl Cookies markası ilə bağlı videoları ilə tanınırdı.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ-dan təxminən 50 nəfər İran, Rusiya və bir sıra ərəb ölkələrinin vətəndaşları xüsusi çarter reysi ilə deportasiya edilmişdi.