BAKI, 6 dekabr. TELEQRAF
ABŞ və Ukrayna nümayəndə heyətlərinin Mayamidə apardığı danışıqlar 6 dekabr şənbə günü davam edəcək.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın müşaviri Cared Kuşner 4 dekabr axşamı Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Andrey Qnatovla iki saatlıq görüş keçiriblər. Danışıqlar 5 dekabr səhəri yenidən davam etdirilib.
ABŞ rəsmisinin "Axios"a bildirdiyinə görə, müzakirələr müsbət atmosferdə keçib və ehtimal olunur ki, həftənin sonuna qədər davam etdiriləcək. Vaşinqton hesab edir ki, ən həssas ərazi məsələsi üzrə belə kompromis mümkündür.