BAKI, 2 dekabr. TELEQRAF
NATO-nun baş katibi Mark Rutte çərşənbə axşamı bildirib ki, Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyü üçün lazımi konsensus hazırda mövcud deyil.
Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, baş katib hazırda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı konsensus olmadığını deyib.
Qeyd edək ki, Ukraynanın NATO-ya üzv olmaması Rusiyanın əsas tələblərindən biridir.
Vladimir Putin bəyan edib ki, Moskva Ukraynanın NATO-ya üzvlüyündən qətiyyən razı deyil.