BAKI, 27 sentyabr. TELEQRAF

İran Hörmüz boğazının açılması ilə bağlı təyin etdiyi şərtlərdən geri çəkilməyəcək və istənilən irəliləyiş bu tələblərin yerinə yetirilməsindən asılıdır.

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında bildirib.

İran XİN rəhbəri ABŞ Prezidentinin Hörmüz boğazının açılması üçün irəli sürülən yeddi şərtə qarşı çıxmasına münasibət bildirərək deyib:

"Təqdim etdiyimiz plan vasitəçilər vasitəsilə ABŞ tərəfinə çatdırılıb. İlk reaksiyanı ABŞ Prezidentindən gördük, lakin vasitəçilərdən hələ ki rəsmi cavab almamışıq. Təəssüf ki, ABŞ Prezidentindən tez-tez ziddiyyətli bəyanatlar eşidilir. Biz vasitəçilər vasitəsilə yekun rəyin bizə çatdırılmasını gözləyirik və qərarımızı buna uyğun verəcəyik. İstənilən halda şərtlərimiz bəllidir, Hörmüz boğazının açılması və irəliyə doğru hər hansı addım bu şərtlərin reallaşmasından asılıdır. Biz bu tələblərdən güzəştə getməyəcəyik".