BAKI, 27 sentyabr. TELEQRAF

Rusiyada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzv ölkələrinin iştirakı ilə "Qarşılıqlı fəaliyyət-2026", "Axtarış-2026" və "Eşelon-2026" birgə hərbi təlimlərinə start verilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən və KTMT təlimlərinin Birləşmiş Mətbuat Mərkəzindən məlumat verilib.

Məlumata görə, Rusiya ərazisindəki "Çebarkul" poliqonunda keçirilən təlimlərin məqsədi sərhədyanı silahlı münaqişənin lokallaşdırılması üzrə birgə əməliyyatın işlənilməsidir. Manevrlərə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan ümumilikdə 2 000-ə yaxın hərbi qulluqçu və 350 vahid hərbi texnika cəlb olunub. Təlimlərdə PUA-lar və robototexnika kompleksləri geniş tətbiq edilir.