BAKI, 27 sentyabr. TELEQRAF

"27 Sentyabr – Anım Günü münasibətilə Vətən müharibəsində canlarını Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirəm".

Bunu Teleqraf-a açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun sabiq Bakı nümayəndəsi Səlçuk Karakılıç deyib.

"Qəhrəman qazilərimizə möhkəm cansağlığı və uzun ömür arzulayıram. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixinin ən şərəfli səhifələrindən birini yazdı. 44 gün davam edən bu mübarizə Azərbaycan xalqının həmrəyliyi, qəhrəman Azərbaycan Ordusunun misilsiz şücaəti və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə tarixi Zəfərlə nəticələndi.

Türkiyə bundan sonra da Azərbaycanın bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımları qardaşlıq və strateji tərəfdaşlıq ruhunda dəstəkləməyə, Azərbaycanla çiyin-çiyinə dayanmağa davam edəcək. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!".