BAKI, 27 sentyabr. TELEQRAF

Türkiyənin “Fənərbağça” klubunun ümumi borcunun 27 milyard 821 milyon türk lirəsi olduğu açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə klubun növbəti maliyyə və inzibati ümumi yığıncağında məlumat verilib.

“Ülker İdman və Tədbirlər Salonu”nda keçirilən toplantıda “Fənərbağça”nın Audit Komitəsinin sədri Mehmet Vodina klubun maliyyə vəziyyəti barədə hesabat təqdim edib.

Bildirilib ki, 31 may 2026-cı il tarixinə klubun qısamüddətli öhdəlikləri 17 milyard 265 milyon, uzunmüddətli öhdəlikləri isə 10 milyard 556 milyon türk lirəsidir.

Beləliklə, “Fənərbağça”nın ümumi borcu 27 milyard 821 milyon lirə təşkil edir.