BAKI, 27 sentyabr. TELEQRAF
Sentyabrın 27-də Anım Günü münasibətilə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin kollektivi Bakıda Zəfər parkını ziyarət ediblər.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
FHN-in kollektivi Zəfər abidəsinin önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib.