BAKI, 27 sentyabr. TELEQRAF

Hindistanın şimalındakı Uttar-Pradeş ştatında sentyabrın 25-26-da müşahid olunan güclü yağışlar azı 56 nəfərin ölümünə, 46 nəfərin xəsarət almasına səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə "The Times of India" qəzeti məlumat yayıb.

Bildirilib ki, güclü yağışlar nəticəsində ştatda 1 000-dən çox ev tamamilə dağılıb. Əlverişsiz hava şəraiti ev heyvanlarının tələf olmasına və kənd təsərrüfatı əkinlərinin məhvinə gətirib çıxarıb. Uttar-Pradeş ştatının əksər rayonlarında düşən yağıntının həcmi normadan 775 faiz çox təşkil edib.