BAKI, 24 sentyabr. TELEQRAF
Yəmən hökuməti husilərin hərbi əməliyyatlarının kəskinləşməsi fonunda ABŞ-nin hərbi yardımına ehtiyac duyur.
Teleqraf xəbər verir ki, bu barədə Yəmən Prezident Şurası sədrinin müavini Abdullah əl-Alimi Bavazir BMT Baş Assambleyasının tədbirləri çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, ölkənin təhlükəsizliyi üçün ABŞ-nin hərbi dəstəyinə mütləq ehtiyac var:
"Biz amerikalı əsgərlərin bizim əvəzimizə döyüşməsini istəmirik, lakin onlardan kənarda dayanmağını da xahiş edə bilmərik".