BAKI, 27 sentyabr. TELEQRAF
27 Sentyabr – Anım Günündə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dəmiryolçular tərəfindən bir dəqiqəlik sükutla yad edilib.
Teleqraf xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) sosial şəbəkə hesabında paylaşım edib.
"Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayırıq, - paylaşımda qeyd olunub.