BAKI, 25 sentyabr. TELEQRAF
İsrailli jurnalist Hananya Naftali Baş nazir Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışının boykot edilməsi fonunda Azərbaycan nümayəndəsinin reaksiyasına diqqət çəkib.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.
“Azərbaycanın BMT-dəki nümayəndəsi Baş nazir Netanyahunun çıxışı zamanı Baş Assambleyanın zalında qaldı, digər ölkələrin nümayəndələri isə qorxaqlar kimi zalı tərk etdilər.
Əsl dost olduğun üçün təşəkkürlər, Azərbaycan”, - Naftali vurğulayıb.

Azərbaycan diplomatının davranışı sosial şəbəkələrin İsrail seqmenetində də müzakirə mövzusuna çevrilərək, təqdir edilib.
Həmin diplomatın kimliyinə gəlincə, o, Azərbaycanın BMT yanında daimi nümayəndəliyində I katib vəzifəsində çalışan Məqsəd Hüseynovdur.