BAKI, 27 sentyabr. TELEQRAF

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında ABŞ-yə məxsus "Remus 600" avtonom sualtı aparatını ələ keçirib.

Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı rəsmi məlumatda bildirilib.

Məlumata görə, bu, İran hərbçiləri tərəfindən ələ keçirilən ABŞ-yə məxsus ikinci analoji dənizaltı drondur.

"SEPAH HDQ-nin döyüşçüləri radioelektron mübarizə vasitələri və kəşfiyyat məlumatlarından istifadə etməklə həyata keçirilən mürəkkəb əməliyyat nəticəsində ABŞ Silahlı Qüvvələrinin Hörmüz boğazında casusluq fəaliyyəti aparan qabaqcıl dronunun qarşısını ala biliblər. "Remus 600" tipli sualtı aparat qənimət kimi götürülüb və daxilindəki məlumatların çıxarılması üçün mütəxəssislərin ixtiyarına verilib", - məlumatda qeyd olunub.