BAKI, 23 sentyabr. TELEQRAF

“Hörmüz boğazındakı böhran şəraitində İraq və Bəsrə körfəzindən dünya bazarlarına Livan və Suriya limanları vasitəsilə təcili neft tədarükü həyata keçirilə bilər”.

Teleqraf xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun deyib.

“Ölkələrimizin Aralıq dənizinin sahilində yerləşməsi onları regional gərginlik vəziyyətində neftin nəqli üçün uyğun alternativ marşrutlara çevirir”, - o bildirib.

Aunun sözlərinə görə, Livan və Suriya arasında balanslaşdırılmış və qarşılıqlı faydalı münasibətlərin qurulması onlara iki xalqın rifahı naminə inteqrasiya və inkişaf üçün bu unikal imkandan istifadə etməyə imkan verəcək.

Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əş-Şaar da Livan Prezidentinə cavabında söyləyib ki, Dəməşq və Beyrut müharibədən sonrakı dirçəliş prosesini həyata keçirəcək iqtisadi nüvə yaratmaq üçün işgüzar dairələrin səylərini birləşdirmək niyyətindədir:

“Livan və Suriya regiona və hər iki ölkəyə fayda gətirəcək yeni quru marşrutunun əsas iştirakçılarıdır”.