BAKI, 27 sentyabr. TELEQRAF

İsrail hərbi qüvvələrinin Qəzzada keçirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 74 018 nəfərə çatıb, 175 079 nəfər isə yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin gündəlik hesabatında qeyd olunub.

Məlumata görə, son 24 saat ərzində İsrailin hücumları nəticəsində həlak olan daha iki nəfərin cəsədi Qəzza xəstəxanalarına gətirilib, eyni zamanda 11 nəfər yaralanıb.