BAKI, 23 sentyabr. TELEQRAF
“Nyu-York İran üçün nə mərasimlər salonu, nə də adi diplomatik lobbilər məkanıdır, əksinə, müqavimət cəbhəsinin (proksi qüvvələrin) ikinci səngəridir”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin deputatı Fatimə Məhəmmədbeygi deyib.
“Bu gün biz tarixi dönüş nöqtəsindəyik və Prezident Məsud Pezeşkianın ABŞ-yə səfəri İranın strateji qüdrətinin təcəssümü və orada İran xalqının və bütün dünya məzlumlarının səsi olmalıdır”, - o əlavə edib.