BAKI, 27 sentyabr. TELEQRAF

Litva - Azərbaycan matçında ilk hissə başa çatıb.

***

17:15

Litva - Azərbaycan matçında hesab bərabərləşib.

Teleqraf xəbər verir ki, Azərbaycanın bərabərlik qolunu 14-cü dəqiqədə Mahir Emreli vurub.

***

17:10

UEFA Millətlər Liqasının qrup mərhələsində Litva ilə Azərbaycan milliləri arasında oyun başlayıb.

Teleqraf xəbər verir ki, D Liqasının 2-ci qrupunun 1-ci turunun qarşılaşmasında Litva yığması hesabı açıb.

Meydan sahibləri 9-cu dəqiqədə penalti nöqtəsindən fərqlənib - 1:0.

***

17:01

UEFA Millətlər Liqasının qrup mərhələsində Litva ilə Azərbaycan milliləri arasında oyun başlayıb.

Teleqraf xəbər verir ki, D Liqasının 2-ci qrupunun 1-ci turunun qarşılaşması Kaunasdakı “Dariaus ir Gireno” stadionunda keçirilir.

Bakı vaxtı ilə saat 17:00-da start götürən matçı Kiprdən olan baş hakim Menelaos Antoniou idarə edir.

Litva- Azərbaycan matçının heyətləri aşağıdakı kimidir:

Litva: 23. Djiuqas Bartkus, 18. Vilius Armalas, 3. Edqaras Utkus, 2. Artemiyus Tutişkinas, 21. Adrian Lickunas, 16. Lukas Miçelbrink, 15. Qvidas Gineitis, 13. Justas Lasickas (k), 14. Vikintas Slivka, 7. Artur Doljnikov, 10. 10. Armandas Kuçis

Ehtiyat Oyunçular: 1. Edvinas Gertmonas, 12. Tomas Şvedkauskas, 4. Jigimantas Baltrunas, 5. Kipras Kajukolovas, 6. Modestas Vorobjonas, 8. Domantas Şluta, 9. Manfredas Ruzgis, 11. Eligijus Janjauskas

Baş məşqçi: Edgaras Jankauskas

Azərbaycan: 1. Emil Balayev, 3. Rüfət Abbasov, 2. Rəhman Daşdəmirov, 15. Bədavi Hüseynov (k), 4. Rahil Məmmədov, 19. Tellur Mütəllimov, 20. Aleksey İsayev, 13. Emil Səfərov, 6. Abdulah Xaybullayev, 10. Mahir Emreli, 9. Renat Dadaşov

Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rəvan Mərzəmmədov, 5. Anton Krivotsyuk, 7. Toral Bayramov, 8. Emin Mahmudov, 11. Ayxan Hüseynov

Baş məşqçi: Ayxan Abbasov