BAKI, 24 sentyabr. TELEQRAF
“Əgər ABŞ və İsrail yenidən İrana hücum etsə, cavabımız əvvəlkindən daha ağır olacaq”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) baş komandanının məsləhət qrupunun rəhbəri Əli Fədavi deyib.
“İslam İnqilabı Keşikçiləri Korpusu öz potensialını və gücünü artırmaq üçün bir gün belə vaxt itirməyib və bu proses davam edəcək”, - o vurğulayıb.
Əli Fədavi iddia edib ki, ABŞ və İsrail İrana qarşı son müharibədə məqsədlərinə çata bilməyib.