BAKI, 25 sentyabr. TELEQRAF
“İranın bəyan etdiyi yeddi şərt tam şəkildə yerinə yetirilənədək ABŞ ilə qarşıdurma dayandırılmayacaq”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Möhəbi deyib.
O iddia edib ki, İran ABŞ ilə qarşıdurmanın yeni mərhələlərinə hazırdır.
“SEPAH İranın güclü qolu kimi təcavüzkarı cəzalandırmaq iqtidarındadır və Tehran tərəfindən bəyan edilmiş yeddi şərt tam şəkildə yerinə yetirilənədək ABŞ ilə qarşıdurma dayandırılmayacaq.
Əlbəttə, əvvəlki formatda müharibə dayandırılsa da, mahiyyət etibarilə qarşıdurma başa çatmayıb və İran bu mübarizənin yeni mərhələlərinə hazırdır”, - SEPAH rəsmisi əlavə edib.